AZ

Sümüklər əməliyyat zamannı 3D çap ediləcək

Saglamolun saytından verilən məlumata görə, ain.az xəbər verir.

ALİMLƏR YENİ CİHAZ YARADIB

Cənubi Koreya və Amerikalı alimlər unikal tibbi cihaz hazırlayıblar - əməliyyat zamanı birbaşa zədə yerində sümük greftlərini 3D çap etməyə qadir olan dəyişdirilmiş "yapışqan tapança".Yeni texnika əvvəlcədən hazırlanmış implantlar əvəzinə, qüsurun anatomiyasını dəqiq şəkildə təkrarlayaraq, yerində biomaterial formalaşdırır. Sümüklərin mineral xarakteristikası ilə gücləndirilmiş elastik polimerdən (PCL) hazırlanmış çubuqlar aşağı temperaturda əridilir və zəhərli həlledicilər olmadan tətbiq olunur. Materialda infeksiyaya qarşı qorunmanı artıran və regenerasiyanı təşviq edən antibiotiklər var. Heyvanlar üzərində aparılan təcrübə zamanı "skelet yapışqan" ənənəvi sümük sementini üstələyib. Çap bir neçə dəqiqə çəkib və bir neçə həftədən sonra sıx təbii sümük toxuması əmələ gəlib. Material daha güclü və daha çevikdir, bu da mürəkkəb qüsurlarda belə sağalmağa kömək edir. Bu yanaşma cərrahi əməliyyat müddətini azaldır, hazırlığı sadələşdirir və müalicəni fərdiləşdirir, deyə alimlər bildirir. Lakin bu texnologiyanın insanların istifadəsinə verilməzdən əvvəl daha geniş miqyaslı sınaqlara və sterilizasiya və istehsal standartlarının hazırlanmasına ehtiyac var, deyə cihazın yaradıcıları vurğulayıb.

Saglamolun.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
saglamolun.az

1Mənbələr