AZ

Məhkəmədə 1990-cı ildə Azərbaycan ərazilərinin Ermənistandan atəşə tutulması, vəzifəli şəxsin qətlə yetirilməsi ilə bağlı sənədlər elan edilib

Bakı. Trend:

Sentyabrın 11-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikasıvətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesisənədlərin elan olunması ilə davam etdirilir.

Trend xəbərverir ki, elan edilən sənədlərdən biri 1990-cı il martın 24-dəSədərəyə Ermənistanın Ararat rayonunun Yerasx kəndi tərəfdən 2 ədədraket atılması faktı ilə bağlı olub. Həmin vaxt raketlərdən birihavada yanıb, digəri isə Sədərək sakini Qasımov İsmayıl Bayramoğlunun həyətindən bir qədər aralıda yerə düşərək partlayıb.

Növbəti sənədlər Şahbuz rayonunun Şada kəndində 6 nəfərinxəsarət alması, Tovuz rayonunun Qışlaq və digər kəndlərin atəşətutulması faktları ilə bağlı olub. İstintaqla müəyyən edilib ki,Ermənistanın Şəmşəddin rayonundan 1990-cı il martın 27-də saat17:00 radələrindən başlayaraq saat 00:00-dək Tovuz rayonununQışlaq, Yuxarı Hacallı, Əlibəyli kəndləri odlu silahlarla güclüatəşə tutulub. Hadisə zamanı mülki əhali arasında xəsarət alanlarolub.

Bundan başqa, Vəli Zeynalovun öldürülməsi faktı üzrə sənəd dəelan edilib. Bildirilib ki, 1990-cı il martın 27-28-dəErmənistandan müxtəlif kalibrli silahlarla Babək rayonununGərməçataq kəndinə hücum edilərək 10 ev yandırılıb, NaxçıvanVilayət Komitəsinin Dövlət hüquq şöbəsinin müdiri Zeynalov VəliMəmməd oğlu avtomat silahla qətlə yetirilib.

Elan olunan digər sənədə əsasən, 1990-cı il iyulun 11-dəBərdə-İstisu yolunun 93-cü kilometrində Ağdərə rayonunun Qozlukörpükəndi yaxınlığında 16 ədəd avtomobilin daxil olduğu karvanınınavtomat silahlardan atəşə tutulması nəticəsində 3 nəfərin ölüb, 22nəfər yaralanıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Seçilən
76
42
az.trend.az

10Mənbələr