AZ

Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat aldı

Bu mövsüm minifutbol üzrə Çempionlar Liqasının oyunlarına təyinat alan hakimlərin adları açıqlanıb.

Fanat.Az xəbər verir ki, azərbaycanlı hakim Rza Məmmədov Avropa Minifutbol Federasiyasının açıqladığı siyahıda yer alıb. 

Referi turnir çərçivəsində keçiriləcək bəzi matçları idarə edəcək. Onun hansı görüşlərdə iş başında olacağı açıqlanmayıb.

Qeyd edək ki, sentyabrın 17-21-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində təşkil olunacaq turnirdə Azərbaycanı 3 komanda – “Birbaşa Bakı”, “Zirə” və “Aznur” təmsil edəcək.
 

Seçilən
20
4
fanat.az

5Mənbələr