AZ

Üç ölkənin XİN rəhbərləri Rusiyanın Polşaya hücumunu pisləyib

ain.az, Mia.az portalına istinadən məlumat verir.

Litva, Polşa və Ukraynanın xarici işlər nazirləri Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) Polşa ərazisinə müdaxiləsini pisləyərək, Ukraynanın hava hücumundan müdafiə sisteminin təcili gücləndirilməsinə çağırıb.

Bu barədə birgə bəyanatda deyilir.

"Biz, Litva, Polşa və Ukraynanın xarici işlər nazirləri Rusiyanın pilotsuz uçuş aparatlarının Polşa ərazisinə girməsini qətiyyətlə pisləyirik. Bu, qabaqcadan düşünülmüş və əlaqələndirilmiş zərbə idi", - bəyanatda deyilir.

Diplomatlar vurğulayıblar ki, Rusiyanın hərəkətləri, eləcə də Belarusun öz hava məkanından istifadəyə razılıq verməsi regionun bütün ölkələrinin təhlükəsizliyinə birbaşa təhdiddir.

Nazirlər vurğulayıblar ki, yalnız birgə fəaliyyət vətəndaşların müdafiəsini təmin edə bilər. Ukrayna dron və raket hücumlarına qarşı effektiv erkən xəbərdarlıq və mübarizə sisteminin yaradılması üçün kəşfiyyat və əməliyyat məlumatlarını Polşa, Litva və digər tərəfdaşlarla bölüşməyə hazırdır.

Ölkələr tərəfdaşları Ukraynanın hava hücumundan müdafiə sistemini təcili gücləndirməyə, həmçinin NATO və Aİ-nin şərq cinahının təhlükəsizliyinin möhkəmləndirilməsində Litva və Polşanı dəstəkləməyə çağırıb. Diplomatların fikrincə, yalnız adekvat və qətiyyətli cavab gələcək eskalasiyanın qarşısını ala bilər./Report

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
mia.az

1Mənbələr