Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahudan Qətərə yeni zərbələr endirməməyi öhdəliyi götürməsini tələb edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Netanyahu zərbələrdən əvvəl Tramp və ya onun müşavirlərindən heç biri ilə məsləhətləşməyib.
Portalın mənbələri bildiriblər ki, sentyabrın 9-da Tramp Qətərə zərbəni müzakirə etmək üçün Netanyahu ilə iki telefon danışığı aparıb. “Bu qəbuledilməzdir. Bunu təkrarlamamağınızı tələb edirəm”, - deyə Trampın Netanyahudan tələb etməsi ilə bağlı sözləri mənbələr sitat gətiriblər.
Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, Amerika lideri Netanyahu ilə gərgin telefon danışığı aparıb və bu zaman o, Dohaya zərbə endirilməsi ilə bağlı narazılığını bildirib. Tramp bu hücumu İsraildən deyil, Amerika hərbçilərindən öyrəndiyinə görə də narazı qaldığını ifadə edib.
Sentyabrın 9-da Dohada silsilə partlayışlar baş verib. Qısa müddət sonra İsrail ordusunun mətbuat xidməti hərbçilərin Baş Təhlükəsizlik Xidmətinin dəstəyi və Hərbi Hava Qüvvələrinin iştirakı ilə Fələstinin HƏMAS hərəkatının nümayəndələrinə zərbələr endirdiyini bildirib.
Qətər baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari hücuma görə İsrailin məsuliyyət daşıdığını təsdiqləyib. Əmirliyin Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum nəticəsində bir təhlükəsizlik əməkdaşı həlak olub, bir neçə nəfər isə yaralanıb. Nazirlik Dohada vəziyyətin təhlükəsiz olaraq qaldığını vurğulayıb.
Öz növbəsində HƏMAS danışıqlarda iştirak edən nümayəndə heyətinin üzvlərinin həlak olması ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edərək, hücumda Qəzza zolağındakı hərəkatın liderlərindən birinin oğlu Xəlil əl-Heyinin oğlu, həmçinin Qətər təhlükəsizlik qüvvələrinin əməkdaşı da daxil olmaqla altı nəfərin həlak olduğunu etiraf edib.
Qətərin “Əl-Cəzirə” telekanalının məlumatına görə, ABŞ-ın Zolaqdakı münaqişənin həlli təklifinin müzakirə olunduğu görüş zamanı HƏMAS-ın siyasi büro üzvlərinə hücum edilib.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.