AZ

Erməni vitse-spiker: Müxalifət hakimiyyətə gəlsə, bütün narazıları güllələyəcək

Əgər vaxtilə siz hakimiyyətdə qalmaq üçün seçkilərin nəticələrini saxtalaşdırırdınızsa, indi isə hakimiyyəti faktiki olaraq güc yolu ilə ələ keçirməyə hazırlaşırsınız.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentini vitse-spikeri Ruben Rubinyan tərəfindən səslənib.

O, xüsusilə, “ruhanilər işi” adlanan məsələnin üzərində ətraflı dayanıb və həmin şəxslərə qarşı açılmış cinayət işlərindən sitatlar gətirib. “Əgər siz hakimiyyətə gəlsəniz, yalnız seçkiləri saxtalaşdırmaqla kifayətlənməyəcək, özünüzü təkrar istehsal etməyə başlamayacaq, həm də seçki institutunu ümumiyyətlə məhv edəcəksiniz – sizinlə razılaşmayan hər kəsi güllələməklə. Bax, sizin mahiyyətiniz budur. Sizin demokratiya ilə heç bir əlaqəniz yoxdur”, – deyə Rubinyan bildirib.

Daha sonra o, müxalifətə təvazökar davranmağı tövsiyə edib.

Musavat.com

 

Seçilən
80
musavat.com

1Mənbələr