AZ

Rusiyada 8 yaşlı məktəbli alkoqolizm səbəbindən qeydiyyata götürülüb

Novosibirskdə 8 yaşlı məktəbli bir asılılığa görə polisdə qeydiyyata alınıb.

Herbiand.az bildirir ki, bu barədə Rusiya vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Novosibirsk vilayətinin uşaq psixiatrı və narkoloqu Nina Koşlyak qeyd edib ki, oğlan tez-tez spirtli içki qəbul etməyə başlayıb və ona aludə olub. O deyib ki, həyəcan təbilini ilk olaraq profilaktika orqanlarının nümayəndələri bildiriblər. Nəticədə ona narkomaniya diaqnozu qoyulub. Uşaq stasionar müalicəyə göndərilib.

Nina Koşlyak deyib ki, oğlan fərdi psixokorreksiya kursundadır və spirtli içki qəbul etmir. Mütəxəssis xatırladıb ki, içki içən uşaqda cəmi iki-üç ildən sonra spirtli içkilərə aludəçilik yarana bilər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
35
herbiand.az

1Mənbələr