AZ

Təyyarədə sərnişinlərin əl yüklərindən oğurluq edənlər SAXLANILDILAR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hava nəqliyyatından istifadə edərkən təyyarənin göyərtəsində olan sərnişinlərin əl yüklərindən oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən olunublar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əcnəbi vətəndaşlar - 45 yaşlı Van Honq və 43 yaşlı Zhou Longgen saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, şübhəli şəxslər təyyarədə olan sərnişinlərin ani diqqətsizliyindən istifadə edərək onların pul və digər qiymətli əşyalarını gizli yolla talayıblar. Saxlanılan şəxslər çantalarda olan pulları əldə edəndən sonra şübhə oyatmamaq üçün onların yerinə qat-qat aşağı nominallı və müxtəlif ölkələrə məxsus pul vəsaitləri yerləşdiriblər ki, uçuş zamanı sərnişinlər bilməsinlər.
Onların üzərindən iş üçün mühüm əhəmiyyət kəsb edən maddi və elektron sübutlar aşkarlanaq istintaqa təhvil verilib.
Fakta görə başlayan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Seçilən
33
13
oxu.az

10Mənbələr