AZ

Azərbaycanlı FIFA referisi UEFA dan təyinat aldı

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

Oxu.Az xəbər verir ki, Kamal Umudlu Gənclər Liqasında Çempionlar Yolunun "Ordabası" (Qazaxıstan) və "Dinamo-Minsk" (Belarus) komandaları arasında keçiriləcək ilk oyununu idarə edəcək.

Ona yan xətt hakimləri qismində həmyerliləri Namik Həsənov və Rəhman İmami yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını qazaxıstanlı ədalət təmsilçisi Saken Bayımbet yerinə yetirəcək.

Sentyabrın 26-da Çimkənd şəhərindəki "Namıs" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
67
2
oxu.az

3Mənbələr