AZ

Bakıda daha bir tarixi abidə məhv edilir – Foto

Tarixi abidə hesab olunan keçmiş quberniya idarəsinin binası sökülür.

Tribunainfo.az xəbər verir ki, bu barədə tarixi abidələri araşdıran Fəridə Ziyadova məlumat paylaşıb. O bildirib ki, sökülməkdə olan abidənin içində tarixi abidə olduğu qeyd edilsə də, buna məhəl qoyan yoxdur:

“Keçmiş quberniya idarəsinin binası, yəni Şahgedanovun evi sökülür. Binanın içində qara boya ilə TA (tarixi abidə) yazılmasına baxmayaraq, bina sökülür. Artıq ikinci mərtəbəsinin içi dağıdılıb.

Bina 1860-cı illərdə tikilib. Quberniyanın mərkəzi Şamaxıdan Bakıya köçürüləndən sonra tikilən ilk binalardandır. Əvvəllər birmərtəbə olub. 1897-ci ildə məşhur polyak memar Y.Skibinskinin layihəsi əsasında ikinci mərtəbə əlavə edilib.
Bina haqda məlumat Anastasiya Orlova-Stroqanovadan götürülüb”.

F.Ziyadova ictimailəşçdirdiyi problemə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Memarlar Ittifaqının sosial şəbəkə səhifələrini işarələsə də, adı çəkilən heç bir qurum məsələ ilə bağlı açıqlama verməyib, mövqe bildirməyib.

Gülşən Rəsul

Seçilən
16
1
tribunainfo.az

2Mənbələr