AZ

Bioloji aktiv qida məhsullarının qeydiyyat prosesi elektronlaşdırılır

Moderator.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" İnformasiya Sistemində "Bioloji aktiv qida məhsullarının qeydiyyatı" modulunun tətbiqinə başlanılıb.

Bu barədə Moderator.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, ölkədə bioloji aktiv qida məhsullarının istehsalı, idxalı və dövriyyəsi ilə məşğul olan sahibkarlar bu məhsulların qanunvericiliyə uyğun qaydada qeydiyyata alınması üçün müraciətlərini həmin modul vasitəsilə Agentliyə ünvanlaya, eyni zamanda qeydiyyat prosedurunun mərhələləri üzrə müraciətlərinin icra vəziyyətini izləyə bilərlər.

Qeyd edək ki, 2024-cü il 13 mart tarixindən etibarən 1545 adda məhsul qeydiyyata alınaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib. Qeydiyyat müddəti 5 ildir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
4
moderator.az

5Mənbələr