AZ

Marsda həyatın olduğu sübut edilə bilər Qayalardan bəbir naxışlar aşkarlandı

ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Marsda kəşf edilən qaya nümunəsində bəbir naxışlı ləkələr planetdə keçmiş həyatın mövcud ola biləcəyinə işarə edib.

AZXEBER.COM xəbər verir ki, bunu NASA-nın Müvəqqəti Administratoru Sin Dafi açıqlayıb.

"Bu, Marsda indiyə qədər tapdığımız həyatın ən bariz göstəricisi ola bilər" - deyə NASA rəsmisi qeyd edib.

Açıqlamada qaya nümunəsində tapılan xaşxaş toxumuna bənzəyən rəngli strukturların və bəbir ləkələrinin mikrob fəaliyyəti ilə Yer kürəsində ənənəvi olaraq əmələ gələn minerallara uyğun gəldiyi qeyd edilib.

Qeyd edək ki, tədqiqatın müəllifi Col Hurovitz qayaların astrobioloji baxımdan maraqlı olduğunu söyləyib.

Mikayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
1
azxeber.com

2Mənbələr