AZ

Azərbaycanda milli elektron su atlası hazırlanır

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda elektron su təsərrüfatı informasiya sisteminin və coğrafi informasiya texnologiyalarına əsaslanan milli su atlasının yaradılmasına start verilib.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində keçirilən "Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma" panel müzakirəsində deyib.

Onun sözlərinə görə, artıq layihəyə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycanın Kosmik Agentliyi ("Azərkosmos") və digər qurumlar da cəlb olunub.

"Elektron su təsərrüfatı informasiya sistemi yaradıldıqdan sonra çaylardan, yeraltı və yerüstü mənbələrdən son istehlakçıya qədər suyun balansı və uçotu aparılacaq. Eyni zamanda suyun tənzimlənməsi, çatdırılması və istifadəsi prosesləri onlayn izləniləcək və idarə ediləcək", - deyə o bildirib.

İ. Bayramov qeyd edib ki, elektron su atlası Azərbaycanda ilk dəfə hazırlanır:

"Atlasın əsas məqsədi ölkənin bütün su ehtiyatlarının, su ilə bağlı resursların, infrastrukturun, həmçinin yeraltı və yerüstü mənbələrin tam şəkildə vahid coğrafi məlumat bazasında toplanmasıdır. Bu sistem digər dövlət qurumlarının məlumat bazaları ilə inteqrasiya olunacaq və geniş funksiyalara malik onlayn interfeysə sahib olacaq. Beləliklə, aidiyyəti qurumlar, şirkətlər və su istifadəçiləri sistemdən rahatlıqla yararlana biləcəklər".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
4
modern.az

6Mənbələr