AZ

Ölkədə liseylərin sayı 100-ə çatdırılacaq - nazir


"Son 4 ildə lisey və gimnaziyalara qəbul 2 dəfə artıb." Bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib. O bildirib ki, gələcəkdə bu tip müəssisələrin sayının artırılması gözlənilir: "Lisey və gimnaziyaların sayı 15-dən 39-a çatdırılıb. Gələcəkdə lisey və gimnaziyaların sayının artırılması nəzərdə tutulub. Məqsəd ölkədə olan 39 lisey sayının 100-ə çatdırılmasıdır. İlkin mərhələdə bu təhsil müəssisələrinin məzun keyfiyyətini görürük. Bir neçə ildən sonra yaxşı kadrları görə biləcəyik".

Mətləb

Seçilən
24
1
baki-xeber.com

4Mənbələr