Elm və təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sinif rəhbərlərinin sinif otağını təmir etdirməsi barədə iddialara münasibət bildirib.
Ölkə.Az xəbər verir ki, nazir belə bir göstərişin direktor tərəfindən verilməsinin qanunsuz olduğunu söyləyib.
Nazir əlavə edib ki, belə halla qarşılaşan müəllimlər təhsil nazirliyinin portalına daxil olaraq şikayət yaza bilər.
E.Əmrullayev müəllimlərə sinif otağını təmir etdirmək barədə göstəriş verən direktorların nə üçün cəzalandırılmaması ilə bağlı məsələyə də aydınlıq gətirib. O deyib ki, bəzi hallarda şikayət araşdırıldıqda bunu əyani olaraq sübut etmək mümkün olmur.
Billurə