AZ

İndoneziyada güclü daşqınlar: 15 nəfər həlak olub, 10 nəfər itkin düşüb

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İndoneziyada daşqınlar nəticəsində 15 nəfər ölüb, 10 nəfər itkin düşüb.

Oxu.Az "The Guardian"a istinadən xəbər verir ki, təbii fəlakət Şərqi Nusa-Tenqara əyalətində və Bali adasında baş verib.

Bazar ertəsi başlayan leysan bu bölgələrdə böyük daşqınlara və torpaq sürüşməsinə səbəb olub.

Yerli təbii fəlakət agentliyinin məlumatına görə, çay sularının yüksəlməsi nəticəsində azı 112 yaşayış məntəqəsini su basıb. Xilasetmə əməliyyatları davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
oxu.az

1Mənbələr