AZ

Xaricdə təhsil alan abituriyentlər diplom tanınmasına diqqət etməlidir - Emin Əmrullayev

Xaricdə təhsil almaq istəyən abituriyentlərin ölkədə işləmək üçün hansı məsələlərə diqqət etməsi vacibdir. SİA xəbər verir ki, bu barədə brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, bir çox hallarda abituriyentlər öz səhvlərinin fərqində olmur: “Məsələn, xarici ölkədə hüquq fakültəsini bitirmişəm, amma həmin ölkənin dilini bilmirəm. Bu zaman həmin şəxsin diplomu necə tanınacaq? Nazirliyin işi də məhz budur – qeyri-qanuni diplomu olan şəxslərin ölkədə iş tapmasının qarşısını almaq və düzgün qaydaları təmin etmək”.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
28
1
sia.az

2Mənbələr