AZ

Məktəb direktorları və müavinlərlə bağlı nazirdən AÇIQLAMA

"Bu il direktorların və müavinlərinin sertifikatlaşdırılması prosesi olmayacaq".

Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.

Nazir bildirib ki, universitet rektorlarının təyin edilməsi ilə bağlı qanunvericilikdə dəyişiklik gözlənilmir.

E. Əmrullayev onu da qeyd edib ki, 65 yaşı tamam olan və sertifikasiyadan keçməyən müəllimlər işdən uzaqlaşdırılır. Nazirin sözlərinə görə, bu müəllimlərə dərs ilinin bitməsi üçün güzəştlər edilmir.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
31
1
musavat.com

2Mənbələr