AZ

Zülfiyyə Qurbanova: Adam nə qədər “dayı” dəyişər?

"Çoxları Həcilərlə gündəmə gəlir. Hərdən qınayıram, hərdən də düşünürəm ki, yaradıcılığı olmayan insan nədən danışsın? Onlar üçün vacib olan əsas məqam odur ki, yaxşı görünüm, bəlkə baxan, bəyənən olar. Adam nə qədər "dayı" dəyişər? Sənət amma qalıcıdır".

Publika.az xəbər verir ki, sənətçi bu fikirləri “Künc-Bucaq” verilişində qonaq olarkən səsləndirib.

O, qadınların uğur qazanmasının hər sahədə çətin olduğunu vurğulayıb:

“Kadr qarşısında hər rolu ifa etmərəm. Çünki biz Azərbaycanda yaşayırıq. Tamaşaçı düşüncəsinə görə bəzi addımlar atmaq düzgün deyil. Bizdə qadın hansısa pilləyə qalxanda dərhal deyirlər ki, görəsən necə nail olub? Halbuki bu, çox çətin prosesdir. Maddi dəyərlərlə səhnəyə gələnlər elə bilirlər ki, o səviyyəyə çatmaq asandır. Teatr məktəbi görənlər isə bu pilləyə yalnız zəhmətlə qalxırlar. Mən 22 ildir bu sahədəyəm və bu illər ərzində çox əziyyət çəkmişəm”.

Seçilən
14
4
publika.az

5Mənbələr