Saatlı rayonu, Sarıcalar bələdiyyəsinin sabiq sədri məhkəmə zalında həbs edilib.
Musavat.com xəbər verir ki, sabiq sədr Arif Məhərrəmov dələduzluqda ittiham olunub.
Məlumata görə, Arif Məhərrəmov iki nəfər kənd sakininə qarşı dələduzluq edib. Onlardan bələdiyyəyə məxsus torpaq sahələrinin sənədləşdirilməsi məsələsini həll edəcəyi vədi ilə 2000-2500 manat civarında pul alıb.
Elan edilmiş ittihamla özünü qismən təqsirli bilən sabiq sədr aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyini bildirib.
İstintaq dövründə onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Məhkəmənin hökmü ilə Məhərrəmov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında qandallanıb.
İ.Muradov
Musavat.com