AZ

Fransada etirazlarda saxlanılanların sayı 675 nəfər çatıb

Fransa boyu keçirilən etiraz aksiyalarında saxlanılanların sayı 675 nəfərə çatıb.

APA “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Aksiyaların yatırılması zamanı xəsarət alan polislərin sayı isə 34 nəfərə yüksəlib.

Təkcə Parisdə 280 etirazçı saxlanılıb.

Qeyd edək ki, Fransada hökumət əleyhinə keçirilən aksiyalarda iştirak edənlərin sayı ölkənin daxili işlər nazirliyi tərəfindən 200 000 təqdim edilsə də, ölkə mətbuatı bu rəqəmin 250 000 olduğunu xəbər verir.

80 000-dən çox polisin etirazlara müdaxilə etməsinə baxmayaraq etirazçılar ölkənin cənub-qərb hissəsində elektrik kabelləri kəsib.

Nəticədə dəmiryolu nəqliyyatının hərəkəti dayanıb.

Aksiyaçılar bir sıra şəhərlərdə əsas yolları bağlayıb, bəzi yerlərdə işçi tətilləri müşahidə olunur.

“Hər şeyi bloklayaq” şüarı ilə keçirilən etirazlar Fransada siyasi qeyri-stabilliyə və büdcədə olan nöqsanlara görə keçirilir.

Baş nazir Fransua Bayrunun etimad səsverməsini uduzmasından sonra müdafiə naziri Sebastyan Lekornyunun onun yerinə təyin olunması əhalini qəzəbləndirib.

Nəzərə çatdıraq ki, Lekornyu iki ildən az bir müddətdə Fransada təyin olunan 5-ci Baş nazirdir.

Seçilən
73
apa.az

1Mənbələr