AZ

FIFA Qitələrarası Kubokun təqvimini açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2025-ci ildə keçiriləcək Qitələrarası Kubokun təqvimi açıqlanıb.
Oxu.Az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 14-də Misirin "Piramids" komandası (CAF Çempionlar Liqasının qalibi) Yeni Zelandiyanın "Ouklend" (OFK Çempionlar Liqasının qalibi) klubu ilə qarşılaşacaq.
Qalib sentyabrın 23-də Ciddədə (Səudiyyə Ərəbistanı) "Əl Əhli" (AFC Çempionlar Liqasının qalibi) ilə qarşılaşacaq. Bu görüşdə Afrika-Asiya-Sakit Okean Kuboku da oynanılacaq.
Dekabrın 10-da Meksikanın "Kruz Azul" klubu (KONKAKAF Çempionlar Kubokunun qalibi) noyabrın 29-da açıqlanacaq Libertadores Kubokunun qalibi ilə qarşılaşacaq.
İkinci və üçüncü oyunun qalibləri dekabrın 13-də finala vəsiqə uğrunda mübarizə aparacaq, dördüncü oyunun qalibi isə PSJ (UEFA Çempionlar Liqasının qalibi) ilə qarşılaşacaq. Final dekabrın 17-nə təyin edilib.
Qeyd edək ki, 1960-1979-cu illərdə kubok iki matçda keçirilib, 1960-1968-ci illərdə qələbələrin sayı nəzərə alınıb: hər klub bir dəfə qalib gəlibsə, üçüncü matç keçirilib. Bu sistem Libertadores Kubokunda istifadə olunub. 1969-cu ildən səfərdə və evdə vurulan qolları nəzərə alaraq standart Avropa sistemi tətbiq olunur.
1980-ci ildən bəri Tokiodakı Milli Stadionunda cəmi bir oyun keçirilib. 2002-2004-cü illərdə matç Yokohamadakı stadionda - 2002-ci il dünya çempionatının final matçının arenasında oynanılıb. Sonra Qitələrarası Kuboku Klublararası Dünya Çempionatı əvəz etdi və yalnız 20 ildən sonra yenidən bərpa edildi.
2024-cü ildə Qətərin "Lusail" stadionunda son 20 ildə ilk kubok oyunu keçirilib və "Real Madrid" Meksikanın "Paçuka" klubunu 3:0 hesabı ilə məğlub edib. İndi isə turnir yeni formatda təşkil ediləcək.
Seçilən
8
oxu.az

1Mənbələr