AZ

"ACWA Power" bir kubmetr suyun istehsalı üçün enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaldıb

Bakı. Trend:

Son 15 il ərzində “ACWA Power” bir kubmetr suyun istehsalı üçünenerji sərfiyyatını 15 kVt·saatdan 2,7 kVt·saata endirib.

Trend xəbər verirki, bunu “ACWA Power” baş direktoru Marko Arçelli Bakıda keçirilənBeynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku WaterWeek”in (Bakı Su Həftəsi) “Su idarəetməsində liderlik: Regional vəqlobal perspektivlər” mövzusunda plenar sessiyasında çıxışı zamanıdeyib.

“ACWA Power – dünyada duzsuzlaşdırma texnologiyaları sahəsindəən böyük şirkətdir. Bizim gücümüz dörd ölkədə gündə 9 milyonkubmetrdən çoxdur, tezliklə bu göstərici altı ölkəyə çatacaq. Bizbütün son tenderlərin qalibi olmuşuq, çünki texnologiyaları daimtəkmilləşdiririk. Bu gün duzsuzlaşdırma qiymət baxımından rəqabətədavamlıdır, etibarlıdır və sabit təchizat təmin edir”,- deyəArçelli bildirib.

Onun sözlərinə görə, şirkət fəaliyyətinə rəqəmsal texnologiyalarvə süni intellekti tətbiq edir. Əvvəllər həftəlik su testlərikeçirilirdisə, indi onlayn monitorinq aparılır, stansiyanınrəqəmsal oxşarı yaradılır, kimyəvi maddələrin istifadəsi realvaxtda optimallaşdırılır. Bu, xərcləri azaldır və ekolojiyüklənməni minimuma endirir.

Arçelli vurğulayıb ki, su çatışmazlığı problemi qlobal səciyyədaşıyır: bu, təkcə inkişaf etməkdə olan ölkələrə deyil, bütündünyaya aiddir və gələcəkdə daha da kəskinləşəcək.

Məqalədə:
Seçilən
21
az.trend.az

1Mənbələr