AZ

Zəngilanda Azərbaycan-Ermənistan GÖRÜŞÜ

Ötən həftə Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iki ölkənin sərhədyanı ərazilərində - Sünik (Zəngəzur) vilayətinin cənub rayonlarında və Zəngilan rayonunda görüşüblər. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun yazılı sorğusuna cavab olaraq Ermənistan Baş nazirin müavini Mher Qriqoryanın ofisi məlumat verib.

Nümayəndə heyətlərinə Ermənistan və Azərbaycan Dövlət Sərhədinin Demarkasiyası və Təhlükəsizliyi Komissiyasının, Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Xidmətinin, Xarici İşlər Nazirliyinin və Ərazi İdarəetmə Nazirliyinin nümayəndələri daxil olub.

Baş nazirin müavininin dəftərxanası növbəti iclasın nə vaxt, harada olacağı  və gündəliyi ilə bağlı suala dəqiq cavab verməyib. Bu məsələnin hələ də müzakirə olunduğunu bildirib.

“Azadlıq”, həmçinin Vaşinqtonda Zəngəzur yolu ilə bağlı əldə olunan razılaşmanı nəzərə alaraq, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasının ilin əvvəlində elan edildiyi kimi Tavuşdan deyil, Zəngəzurdan davam etməsinin mümkün olub-olmadığını soruşub. Baş nazirin müavini bu suala birbaşa cavab verməyib, bir daha bu məsələnin müzakirə olunduğunu vurğulayıb.

Seçilən
28
1
cebheinfo.az

2Mənbələr