AZ

Xarici ticarət dövriyyəsinin həcmi açıqlandı

BAKI, 11 sentyabr. TELEQRAF

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 111 ölkəyə məhsul ixrac olunub, 162 ölkədən idxal baş tutub.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 28187,3 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 14572,5 milyon dollarını və ya 51,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 13614,8 milyon dollarını (48,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 957,7 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,4 faiz artmış, real ifadədə isə 5,1 faiz azalıb. İdxal real ifadədə 1,2 faiz artmış, ixrac isə 9,6 faiz azalıb.

2025-ci ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı 2088,0 milyon dollar təşkil edib və 2024-cü ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 11,4 faiz artmış, real ifadədə isə 11,8 faiz azalıb.

Seçilən
43
teleqraf.com

1Mənbələr