AZ

MİQ imtahanında iştirak edənlərin sayı AÇIQLANDI

"Hər il MİQ imtahanı ilə bağlı 18 min nəfər müraciət edir. Onlar üçün vəsait sərf edilir. Ancaq bir qismi imtahana gəlmir".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində çıxışı zamanı qeyd edib.

Nazir bildirib ki, 10 mindən artıq insan təkrar imtahandan keçmək istəyir:

"İlk dəfə imtahanda iştirak edən, şəhid ailəsi üçün ödənişsiz olacaq. Eləcə də ilk dəfə imtahan verənlər üçün ödənişsiz olacaq. Qiymət simvolik olacaq. Məqsəd pul toplamaq deyil".

Seçilən
17
cebheinfo.az

1Mənbələr