“DİN-in son məlumatlarına görə, sentyabrın 10-da keçirilən nümayişlər günü bütün Fransa üzrə 675 nəfər, o cümlədən Parisdə 280 nəfər saxlanılıb”,- xəbərdə deyilir.
Aparıkan dəqiqləşdirmələrdən sonra qəzet 549 etirazçının saxlandığını bildirib. Etirazlar zamanı hüquq-mühafizə orqanlarının 34 əməkdaşı da yaralanıb, onların hamısı yüngül xəsarət alıb.
![]() |
Fransızlar küçələrə axışıblar| VİDEO |
Təqaüdlərin dondurulması və sosial müavinətlərin azaldılması da daxil olmaqla qənaət tədbirlərini ehtiva edən 2026-cı ilin büdcə qanunu layihəsi cəmiyyətdə ehtirasları coşdurub.
Bundan əlavə, hakimiyyət büdcə kəsirini azaltmaq üçün iki bayram gününün ləğvini və onların iş günü elan olunmasını təklif edib. Artıq keçmiş baş nazir Fransua Bayrunun bu təklifi ölkə ictimaiyyətində kəskin narazılıq doğurub.
Bir sıra analitiklər və media resursları son illər Fransada yaşanan hakimiyyət böhranından çıxış yolunu Emmanuel Makronun prezident postundan getməsində görürlər.
Sahil İsgəndərov
AzVision.az