AZ

Superkompüter 2025/2026 mövsümündə Avropa Liqasının qalibini açıqlayıb

Beynəlxalq statistik analiz şirkəti "Opta"nın superkompüteri 2025/2026 mövsümündə UEFA Avropa Liqasının qalibinin kim olacağına dair ehtimalları açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, ən böyük şans “Aston Villa” klubundadır. İngiltərə təmsilçisi qalib gəlmə ehtimalı 21,6% ilə liderdir. İkinci pillədə İtaliyanın “Roma” komandası (12,8%), üçüncü yerdə isə “Nottingham Forest” (11,3%) qərarlaşıb.

Ən aşağı şanslara isə Niderlandın “Utrext” (0,5%) və Xorvatiyanın “Dinamo Zaqreb” (0,8%) klubları malikdir.

Qeyd edək ki, Avropa Liqasının 2025/2026 mövsümünün oyunları sentyabrın 24-də başlayacaq və mayın 20-də Türkiyənin İstanbul şəhərində, “Beşiktaş” stadionunda keçiriləcək final görüşü ilə yekunlaşacaq.

Hazırda Avropa Liqasının qalibi İngiltərənin “Tottenham” komandasıdır. “Şporyalar” son finalda “Mançester Yunayted”i məğlub edərək ilk dəfə avrokubokda titul qazanıblar.

Seçilən
80
90deqiqe.az

1Mənbələr