ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Azərbaycan millisinin baş məşqçi postu boşdur. Fernandu Santuşla yolların ayrılmasından sonra bir neçə yerli mütəxəssisin adı yığma ilə hallanmaqdadır. Əsas iddiaçı Rəşad Sadıqovdur. Komandanı bir oyuna çıxaran Ayxan Abbasov da digər favoritdir.
Namizədlər arasında “Kəpəz” və “Araz-Naxçıvan”da işləmir Azər Bağırovun da adı hallanır. Mütəxəssis “Futbolpress.az“a açıqlamasında məsələ ilə bağlı fikirlərini bölüşdü:
“Namizədlər arasında olmağım sevindiricidir. Bu, həm də böyük məsuliyyətdir. Millidə işləmək şərəfdir. Hər bir yerli məşqçi belə bir təyinat alsa, əminəm ki, əlindən gələn hər şeyi edər”.
Mütəxəssis təklif gələcəyi halda, düşünməyəcəyini bildirdi:
“Açığı, düşünməli nəsə yoxdur. Heç millinin də vaxtı qoydur. Gələn ay böyük məsuliyyəti olan oyunlar var”.
Bir neçə il əvvəl “Araz-Naxçıvan”ı Premyer Liqaya yüksəldən Bağırov son olaraq “Kəpəz”də işləyib. O, ötən mövsümün sonunda klubdan ayrılıb.
Şahin Cəfərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.