AZ

ABŞ da Cekson Venik düzəlişinin bərpası təklif edilir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü Co Uilson Cekson-Venik Düzəlişini bərpa etmək məqsədi daşıyan qanun layihəsini yenidən parlamentə təqdim edib. Onun sözlərinə görə, bu, Rusiya ilə bütün ticarəti dayandıracaq.

Məlumatı “Kommersant” verib. 

Uilson sosial mediada “Polşaya hücumdan” sonra Rusiya ilə “bütün ticarətə son qoymaq üçün bu qanun layihəsini təqdim etmək fürsətinə görə minnətdar olduğunu” yazıb. O əlavə edib ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama və keçmiş dövlət katibi Con Kerri “Rusiya ilə həyata keçirilən “perezaqruzka” siyasəti zamanı həmin qanunu “səhv olaraq ləğv ediblər”.

Cekson-Venik düzəlişi 1974-cü ildə qəbul edilib. O, mühacirətin qarşısını alan və insan hüquqlarını pozan ölkələrlə ticarətə məhdudiyyətlər qoyulmasını nəzərdə tutur. SSRİ-nin mövcud olduğu dövrdə qanun qüvvədə olub. Sovet birliyinin dağılmasından sonra düzəliş dayandırılıb, amma əslində o, 2012-ci ildə Barak Obama tərəfindən ləğv edilib. 

P.ƏmircanovXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
xalqqazeti.az

2Mənbələr