AZ

Dənizdə dalğanın hündürlüyü 3 metrdir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Düşən yağıntının miqdarı Qusarda 14, Şabran və Qubada 3, Zaqatala, Qrız, Astara, Daşkəsən və Gədəbəydə 1 mm-dək qeydə alınır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 26, Neftçalada 20, Culfada 17, Şabran və Naftalanda 16, Şahbuzda 15 m/san-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 3 metrdir.

"Cebheinfo.az" 

Seçilən
27
26
cebheinfo.az

10Mənbələr