AZ

Millimizin oyunçusu Ukraynanı tərk edib Azərbaycana gəlir?

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Millimizin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanı tərk edib.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, o, "Polessye”dən gedib.

Çünki Emil klub karyerasının çətin dövrünü yaşayır. Mustafayev və daha 5 futbolçu bugünlərdə Jitomir klubunun əvəzedici heyətinə göndərilib.

Onların komandanın çalışdırıcısı Ruslan Rotanın planlarına daxil olmadığı bildirilir.

“Polessye” hazırda 3 xalla Ukrayna çempionatında 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Bu mövsüm “Polessye”nin heç bir rəsmi görüşündə meydana çıxmayan Emil karyerasını Azərbaycanda davam etdirəcək. İki il öncə millimizdə debüt edən orta sahə oyunçusunun “Neftçi“ və “Sumqayıt“dan biriylə anlaşması gündəmdədir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
2
icma.az

4Mənbələr