AZ

Deputat: İlk dəfə imtahanda iştirak edənlər ödənişdən azad olunacaq

BAKI, 11 sentyabr. TELEQRAF

Artıq 10 ildir ki, müəllimlərin işə qəbulu (MİQ) müsabiqə yolu ilə həyata keçirilir. Prosesin şəffaf şəkildə təşkili təhsilin keyfiyyətinə müsbət təsir göstərib.

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında deputat Mehriban Vəliyeva səsləndirib.

Deputat qeyd edib ki, illərdir bu imtahana maraq artmaqdadır:

"İmtahana girənlər arasında yalnız özünü sınaqdan keçirmək istəyənlər də var. Minlərlə insan qeydiyyatdan keçsə də, imtahana qatılmır. Bu da həm maddi itkiyə səbəb olur. Bu baxımdan, yeni yanaşma müsbət addımdır”.

O əlavə edib ki, ilk dəfə imtahanda iştirak edənlər ödənişdən azad olunacaq:

"Bu dəyişiklik təhsildə aparılan digər islahatlara maliyyə baxımından dəstək verməyə xidmət edəcək".

Seçilən
87
teleqraf.com

1Mənbələr