Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Finlandiya Prezidenti Aleksandr Stubb bu gün Ukraynanın paytaxtı Kiyev şəhərinə səfərə gedib.
APA xəbər verir ki, bu haqda “RBC.UA” məlumat yayıb.
Məlumatda Ukrayna Prezident ofisinin rəhbəri Andrey Yermaka istinadən bildirilir ki, Stubb Ukrayna Prezidenti Volodimir Zelenski ilə təhlükəsizlik layihələrini, Avrointeqrasiyanı, infrastruktur investisiyalarını və Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcək.
O, həmçinin bildirib ki, Rusiyaya təzyiqin gücləndirilməsi, sanksiyalar və dayanıqlı sülhün önəmi haqqında da müzakirələr aparılacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.