Bakı. Trend:
Kənd məktəblərində sürətli və stabil internetin yaradılması üçünElm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin birgə proqramı hazırlanmalıdır.
Trend xəbərverir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü ElnarəAkimova komitənin bugünkü iclasında “Ümumi təhsil haqqında” Qanunadəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanıdeyib.
Millət vəkili bildirib ki, məktəblərdə pulsuz təhsil internetitətbiq olunmalıdır:
“Eləcə də regional laboratoriya mərkəzlərinin yaradılmasınaehtiyac var. Hər rayonda ən azı bir tədris-laboratoriya kompleksiyaradılmalı və yaxınlıqdakı kənd məktəbləri bu mərkəzdən istifadəetməlidir.Bu komplekslərdə fizika, kimya, biologiya və robottexnikası üzrə praktiki dərslər təşkil edilməlidir.
Bu gün regionlarda fizika, kimya, biologiya fənlərinin praktikidərsləri çox vaxt yalnız nəzəriyyə ilə məhdud qalır. Bu isəşagirdlərdə həmin fənnə marağın azalmasına səbəb olur. Regionlardaən azı “regional laboratoriya mərkəzləri” yaradıla bilər ki,yaxınlıqdakı bir neçə kənd məktəbi buradan istifadə etsin. Bu, həmmaliyyə baxımından qənaətlidir, həm də şagirdlərə praktiki təcrübəqazandırır”.
Deputat əlavə edib ki, region məktəblərində çalışan müəllimlərüçün əlavə stimullaşdırıcı tədbirlər görülməlidir - maddi bonus,yaşayış şəraiti, peşəkar inkişaf kursları təmin olunmalıdır.