AZ

Ali təhsili yoxdur, dünyanın ən varlı adamıdır

Xəbər verdiyimiz kimi, dünyanın ən zəngin insanı dəyişib.

“Oracle”ın həmtəsisçisi və keçmiş baş direktoru Larri Ellison tarixdə ilk dəfə İlon Maskı dünyanın ən varlı adamı siyahısındakı birinci pillədən uzaqlaşdırıb.

Ellisonun sərvəti 393 milyard dollara yüksəlib, Maskın sərvəti isə 385 milyard dollar səviyyəsində qalıb.

“Oracle” rüblük nəticələrini açıqladıqdan sonra Ellisonun sərvəti 101 milyard dollar artıb. Məlumata görə, şirkət bulud sistemlərinə tələbin rekord qırdığını qeyd edib.

Larri Ellison ABŞ-nin Nyu-York şəhərində doğulub.

İllinoys və Çikaqo universitetlərində təhsil alıb, lakin təhsilini başa vurmadan işçi qüvvəsinə daxil olub.

1977-ci ildə təsis etdiyi “Oracle Corporation” hazırda dünyanın ən böyük məlumat bazası proqram təminatı şirkətlərindən biridir. Texnologiya sərmayələrinə əlavə olaraq, Ellison “Tesla”da əhəmiyyətli paylara sahibdir.

Seçilən
25
4
tribunainfo.az

5Mənbələr