AZ

Azərbaycanın 16 milyard kubmetr su ehtiyatı mövcuddur

Azərbaycanda su anbarlarında 16 milyard kubmetr həcmində su ehtiyatı mövcuddur...

Poliqon xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" çərçivəsində təşkil olunan "Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər" adlı panel müzakirələrində deyib.
Onun sözlərinə görə, bu ehtiyatlardan səmərəli istifadə xüsusi əhəmiyyət kəsb edir:

"Su ehtiyatlarından düzgün istifadə etməyi bacarmalıyıq. Azərbaycan çayların aşağı axınında yerləşən ölkədir və buna görə də biz həmişə qonşularımızla su məsələsini gündəmdə saxlamalıyıq. Təəssüf ki, hər zaman tam razılığa gələ bilmirik. Çünki regionda yalnız Azərbaycan su konvensiyasının üzvüdür, digər ölkələr isə üzv deyil və onlar çayların yuxarı axınında yerləşirlər. Bu səbəbdən su məsələlərini daim diqqətdə saxlamalıyıq".

M. Babayev əlavə edib ki, su idarəçiliyi həm milli, həm də regional yanaşma tələb edir:

"Bu səbəbdən su məsələləri müzakirə olunarkən yalnız ölkəni deyil, bütövlükdə regionu nəzərə almaq vacibdir. Region əməkdaşlığını daha güclü qurmalıyıq. Təəssüf ki, hələlik su istehlakında istədiyimiz səviyyəyə çata bilməmişik. Bu sahədə ciddi proqramlar hazırlayıb onların icrasına nail olmalıyıq".

Poliqon.info

Seçilən
25
3
poliqon.info

4Mənbələr