"Formula 1" Azərbaycan Qran-Prisi günlərində bəzi məktəblərdə dərslər onlayn olacaq.
Far.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 11-də media üçün keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, bununla bağlı məktəblərlə danışıqlar aparılır, siyahı açıqlanacaq.
O həmçinin deyib ki, 6, 132, 134 nömrəli orta məktəblər və elitar gimnaziya nazirlik qarşısında məsələ qaldıracağı təqdirdə, təhsil olayn ola bilər.