AZ

Bəzi məktəblər "Formula 1" yarışlarına görə distans təhsilə keçəcək

"Formula 1" Azərbaycan Qran-Prisi günlərində Bakının mərkəzi küçələrinə yaxın yerləşən bəzi məktəblərdə tədris müvəqqəti olaraq onlayn formata keçiriləcək. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. 

“Dərslərin onlayn keçirilməsi ilə bağlı qərar şagirdlərin təhlükəsizliyi və hərəkət rahatlığı nəzərə alınaraq verilir. Bu praktika əvvəlki illərdə də tətbiq olunub. Yaxın günlərdə online tədrisə keçəcək məktəblərin siyahısı açıqlanacaq,” –  Emin Əmrullayev vurğulayıb.

Gülnar

Seçilən
0
1
anews.az

2Mənbələr