AZ

"Rəqəmsal məktəb" hələlik Bakıda tətbiq olunacaq

Azərbaycanda “Rəqəmsal Məktəb” platforması  ilkin mərhələdə Bakı şəhərində 353 məktəbi, 500 mindən çox şagirdi və 30 mindən artıq işçi heyətini əhatə edəcək. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Platforma vasitəsilə dərs cədvəlləri, elektron jurnallar, tapşırıqlar və digər tədris resurslarına onlayn çıxış təmin olunacaq.

 Nazirl bildirib ki, layihənin məqsədi təhsildə rəqəmsallaşmanı genişləndirmək, məktəb idarəetməsində şəffaflığı və operativliyi artırmaqdır.

Yeni sistem mərhələli şəkildə ölkənin digər bölgələrində də tətbiq ediləcək.

Gülnar Nazimqızı

Seçilən
4
anews.az

1Mənbələr