AZ

Sabah daha 4 itkin-şəhid dəfn olunacaq

Sabah Birinci Qarabağ müharibəsinin daha 4 itkin-şəhidi dəfn olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Qeyd edilib ki, hərbçi Vəliyev Murad Məlikməmməd oğlu Quba rayonu Nütəh kənd qəbiristanlığında, hərbçi Abdullayev Cəlal Xankişi oğlu Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinin qəbiristanlığında, hərbçi Zərbəliyev Ayaz Əsgəralı oğlu Göyçay şəhəri, Şəhidlər xiyabanında, hərbçi Qayıbov Vəkil Möylan oğlu Qəbələ rayonu, Qəmərvan kənd qəbiristanlığında dəfn ediləcək.

Seçilən
46
37
ikisahil.az

10Mənbələr