AZ

ABŞ Ukraynaya 400 milyon dollar ayırıb

ABŞ

ABŞ Ukraynaya təhlükəsizlik sahəsində yardım təşəbbüsü üçün 400 milyon dollar ayırıb.

APA “The New York Times“a istinadən xəbər verir ki, ABŞ Konqresində 2026-cı ilin müdafiə büdcəsi Ukraynaya ayrılan vəsaitlə birlikdə təsdiqlənib.

Məlumata görə, Nümayəndələr Palatası 892,6 milyard dollar məbləğində müdafiə siyasəti qanun layihəsini qəbul edib.

Eyni zamanda, respublikaçıların Ukraynaya hərbi yardım göstərilməsinə qarşı müqavimətinə baxmayaraq, müdafiə siyasəti qanun layihəsi Pentaqonun Ukraynaya təhlükəsizlik sahəsində yardım təşəbbüsü üçün 400 milyon dollar ayırmasını nəzərdə tutur.

Xatırladaq ki, avqust ayında Amerika Birləşmiş Ştatları Ukraynaya 203,5 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib.

Seçilən
11
1
xalqcebhesi.az

2Mənbələr