AZ

Aİ-nin ali nümayəndəsi: Avropa Qəzzadakı vəziyyəti dayandıra bilmir


Qəzza zolağında baş verənləri dayandırmaq Avropa üçün mümkün deyil, çünki ABŞ İsraili açıq şəkildə dəstəkləyir.

APA EFE-yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib.


Onun sözlərinə görə, Aİ fələstinlilərin hüquqlarının müdafiəsində beynəlxalq arenada fəal oyunçuya çevrilib. Lakin bu, kifayət deyil:


“Gərgin vəziyyət davam edir və biz onu dayandıra bilmirik. Çünki bildiyiniz kimi, ABŞ İsrail hökumətini və onun addımlarını qətiyyətlə dəstəkləyir”, - Aİ rəsmisi vurğulayıb.


Kallas həmçinin qeyd edib ki, münaqişənin dayandırılması üçün özünün əvvəlki ali nümayəndə Cosef Borreldən daha çox iş gördüyünə inanır.

Seçilən
24
5
apa.az

6Mənbələr