AZ

Tramp Çarli Kirkin vəfatından kədərlənib

Mühafizəkar fəal Çarli Kirk ABŞ-ın Yuta ştatında Valley Universitetində sui-qəsd cəhdindən sonra dünyasını dəyişib. Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. Məlumatı “İnterfaks.ru” verib. 

“Gözəl və hətta əfsanəvi Çarli Kirk vəfat etdi. Amerika Birləşmiş Ştatlarının gənclərini Çarli qədər heç kim başa düşmədi və onların halına yanmadı. O, hər kəs tərəfindən, xüsusən də mənim tərəfimdən sevildi. O, bizdə heyranlıq doğurdu və artıq aramızda yoxdur”, - o, Truth Social-da yazıb.

Tramp ölkə boyu ABŞ bayraqlarının Kirkin şərəfinə yarıya endirilməsini əmr edib. Daha sonra FTB direktoru Keş Patel qətldə şübhəli bilinən şəxsin həbs edildiyini açıqlayıb: “Çarli Kirkin həyatına son qoyan bugünkü dəhşətli atışmada təqsirləndirilən şəxs hazırda həbsdədir. Biz Yuta ştatının yerli və əyalət orqanlarına FTB ilə əməkdaşlığa görə təşəkkür edirik”, - Patel X-də yazıb.

Kirkin debatlar zamanı güllələndiyi məlum olub. Hadisə şahidləri sosial şəbəkələrdə sui-qəsdin görüntülərini yayıblar, orada güllə səsi eşidilir, bundan sonra fəalın boynundan qan axır.

Kirk Trampın məşhur tərəfdarı olub, keçən ilki prezident seçkiləri zamanı onu fəal şəkildə dəstəkləyib. Bununla bağlı videolar tez-tez sosial şəbəkələrdə yayılıb.

P.Əmircanov
XQ

 

Seçilən
6
1
xalqqazeti.az

2Mənbələr