AZ

Fransada etirazlar baş qaldırıb - Hökumət siyasıtinı qarşı aksiyalar

Fransada sentyabrın 10-da keçirilən nümayişlər zamanı iğtişaşlarda iştiraka görə saxlanılanların sayı 521 nəfərə çatıb. 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

 

Saxlanılanlardan 251 nəfəri Paris sakinidir.  Bundan əvvəl ölkə üzrə 473 nəfərin saxlanıldığı, onlardan 339-nun həbsdə qaldığı bildirilirdi. 

Mməlumatına görə, aqressiv nümayişçilərlə toqquşma zamanı 13 asayiş keşikçisi yaralanıb.

 

Ölkənin daxili işlər naziri Bruno Retaillo çərşənbə günü axşam keçirdiyi mətbuat konfransında bildirib ki, hökumət siyasətinə qarşı nümayişlər ölkə üzrə demək olar ki, 200 min insanı cəlb edib. O, həmçinin bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ölkə üzrə müxtəlif obyektlərin, o cümlədən yol qovşaqlarının və anbarların açılması üçün 50-yə yaxın əməliyyat keçirməyə nail olublar. 

Elcan

Missiya.Az

Seçilən
53
missiya.az

1Mənbələr