Qəbələ rayonunun Zarağan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib, vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıblar.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mersedes" markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, sürücü və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.