AZ

Kral Çarlz və Şahzadə Harri 19 aydan sonra yenidən görüşüblər

Ajans.az CNN-ə istinadən xəbər verir ki, ata və oğul günortadan sonra kral iqamətgahında özəl çay süfrəsi arxasında bir araya gəliblər. Görüş, Şahzadə Harrinin bir sıra xeyriyyə tədbirlərində iştirak etmək üçün bu həftə Britaniyaya təkbaşına səfəri zamanı baş tutub. Harris saat 17:20 radələrində (yerli vaxtla) qara Range Rover avtomobili ilə Klarens-Hausun darvazalarından içəri daxil olub. Təxminən bir saatdan az müddət sonra iqamətgahı tərk edib. Günün əvvəlində, Şahzadə London İmperial Kollecində yerləşən Partlayış Yaralanmaları Araşdırma Mərkəzinə baş çəkib. Xatırladaq ki, Kral III Çarlz xərçəng müalicəsi alır və son vaxtlar yay aylarını Şotlandiyadakı Balmoral iqamətgahında keçirib. O, çərşənbə günü günortadan sonra Cənubi Avstraliyanın baş naziri ilə görüş də daxil olmaqla, bir sıra rəsmi vəzifələrini yerinə yetirmək üçün Londona qayıdıb. Atalı-oğullu sonuncu dəfə 2024-cü ilin fevralında Kral Çarlzın xərçəng diaqnozundan dərhal sonra cəmi 30 dəqiqəlik qısa bir görüş keçirmişdilər. Aprel ayında Harri təhlükəsizlik məsələləri ilə bağlı məhkəmə işi üçün Britaniyaya qayıtsa da, kral həmin vaxt İtaliyada səfərdə olduğu üçün görüş baş tutmamışdı. Tam barışığın baş verib-vermədiyini söyləmək hələ tez olsa da, son aylarda münasibətlərin yumşaldığına dair əlamətlər müşahidə olunur. İyul ayında hər iki tərəfin əsas köməkçiləri Londonda görüş keçiriblər, bu isə kommunikasiya kanallarının yenidən açılması kimi dəyərləndirilib. Bununla belə, Harri və qardaşı Şahzadə Uilyam arasında barışıq jesti müşahidə olunmur. Son bir il ərzində Uilyam həyat yoldaşı Ketrinin xərçəng müalicəsinə və ailəsinə diqqət ayırıb. Onlar mərhum Kraliça II Elizabetin anım tədbirində iştirak etsələr də, Harri ilə görüş baş tutmayıb. Bazar ertəsi Harri ağır xəstə uşaqlara dəstək verən "WellChild" xeyriyyə mükafatlarına qatılıb. Ardınca Nottingem şəhərində zorakılığa məruz qalan gənclərə dəstək üçün 1,1 milyon funt sterlinq şəxsi ianə təqdim edib. Eyni vaxtda, Uilyam Londonda "Evsizliyə qarşı mübarizə" təşəbbüsü çərçivəsində dəstəklədiyi gənclər təşkilatında olub. Конец формы

 

Seçilən
18
Ajans.az

1Mənbələr