AZ

ABŞ səfirliyi 11 sentyabr terrorunun qurbanlarını yad edib

ABŞ-ın Azərbaycandakı səfirliyi 2001-ci il sentyabrın 11-də ölkədə baş vermiş terror aktı zamanı həlak olanların xatirəsini yad edib.

Bu barədə səfirliyin “X” hesabında yazılıb.

“Faciənin ilk anlarından köməyə tələsən xilasedicilərin, hərbi qulluqçuların və mülki şəxslərin nümayiş etdirdiyi misilsiz qəhrəmanlığı minnətdarlıqla yad edirik. Gəlin, bu ağır günlərin ardından xalqımızı bir araya gətirən birliyi, dözümlülüyü daim qəlbimizdə yaşadaq”, – paylaşımda vurğulanıb.

Qeyd edək ki, 11 sentyabr hücumları “Əl-Qaidə” terror təşkilatı tərəfindən 2001-ci ildə ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində həyata keçirilmiş silsilə terror aktıdır. Həmin terror hadisələrində 3000 insan həlak olmuşdu.

Seçilən
34
3
veteninfo.az

4Mənbələr