AZ

Azərbaycanda məktəbəqədər təhsildə rekord artım – 10 ilə 2 dəfədən çox yüksəliş

Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirdiyi media brifinqində məktəbəqədər təhsilin əhatəliliyi barədə məlumat verib.

Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, 2013-cü ildə 3–5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma faizi 16,2 olubsa, bu göstərici 2025-ci ildə 40 faizə çatdırılıb.

Hazırda məktəbəqədər təhsilə 226 minə yaxın uşaq cəlb olunub.

Onlardan:

115 min nəfəri məktəbəqədər təhsil müəssisələrinə,

85 min nəfəri məktəbəhazırlıq qruplarına,

22 min nəfəri icma əsaslı qruplara,

4 min nəfəri isə valideyn-dövlət-özəl tərəfdaşlığı ilə yaradılan qruplara daxildir.

Emin Əmrullayev bildirib ki, dövlətin həyata keçirdiyi layihələr nəticəsində son illər məktəbəqədər təhsilin əhatəlilik səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.

Şahanə Rəhimli,
Musavat.com

Seçilən
51
1
musavat.com

2Mənbələr