AZ

Tramp: “Çarli Kirkin qətlində əli olan hər kəsi tapacağıq”

ABŞ prezidenti Donald Tramp mühafizəkar fəal Çarli Kirkin qətlində iştirak edən hər kəsi tapacağına söz verib.

Doğru.az xəbər verir ki, Tramp bu açıqlamanı Oval Ofisdən çıxışı zamanı verib.

“Mənim administrasiyam bu vəhşilikdə və digər siyasi zorakılıq aktlarında iştirak edən hər kəsi, o cümlədən onu maliyyələşdirən və dəstəkləyən təşkilatları tapacaq”, – Ağ Evin rəhbəri bildirib.

Xatırladaq ki, Çarli Kirk sentyabrın 10-da ABŞ-ın Yuta ştatında tələbə tədbiri zamanı öldürülüb və o, prezident Trampın müttəfiqlərindən biridir. RT media qurumu isə Kirk haqqında ətraflı məlumatı xatırladıb.

DOĞRU.AZ

Seçilən
17
dogru.az

1Mənbələr